İspaniya La Liqasının ilk turunda çempion “Atletiko” səfərdə “Selta”nın qonağı olub. İlk hissədə qonaqlar rəqib qapısına yol tapıblar. 23-cü dəqiqədə Anxel Korrea komandasını irəli çıxarıb. Fasilədən sonra hücumlarının kəsərini artıran meydan sahibləri hesabı bərabərləşdirmək üçün əla fürsət əldə ediblər. Lakin Yaqo Aspas penaltini dəqiq yerinə yetirib. Ruhdan düşməyən Madrid təmsilçisi 64-cü dəqiqədə qələbə qolunu vurmağa nail olub. Argentinalı yarımmüdafiəçi Anxel Korrea dubl etməklə qələbəni təmin edib. “Selta” Viqo – “Atletiko” Madrid 1:2.

“Barselona” da çempionata qələbə ilə başlayıb. “Nou Kamp” stadionunda “Real Sosyedad” ilə üz-üzə gələn kataloniyalılar 19-cu dəqiqədə hesabda önə keçiblər. Müdafiəçilərdən ustalıqla yayınan Jerar Pike topu başla qapıya vurub. İlk hissəyə artırılan 2-ci dəqiqədə Martin Breytveyt fərqi artrırıb. Danimarkalı futbolçu saatın tamamında dubl edərək hesabı 3:0 edib. Bundan sonra Təşəbbüsü ələ alan “Real” Sosyedad futbolçuları 3 dəqiqə ərizdə fərqi minimuma endirməyi bacarıblar. Əvvəlcə Xulen Lobote komandasının ilk qolunun müəllifi olub. Az sonra isə Mikel Oyarsabal fərqlənib. Lakin “Real” Sosyedadın bundan artığna gücü çatmayıb. Son saniyələrdə Serxi Roberto mübarizəyə nöqtə qoyub. “Barselona” – “Real” Sosyedad 4:2.